Tramp İranın bu şərtini qəbul etdi - İslamabadda "hesab açıldı"
ABŞ Qətərdə və digər xarici banklarda saxlanılan dondurulmuş İran aktivləri üzərindəki həbsin götürülməsinə razılaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın yüksək vəzifəli mənbəsi "Reuters" agentliyinə deyib.
O, ABŞ-nin bu məsələdə İrana güzəştə getməsini İslamabadda keçirilən danışıqların mühüm nəticəsi kimi dəyərləndirib.
ABŞ hələlik aktivlərin dondurulmasının ləğvi məsələsi ilə bağlı heç bir açıqlama verməyib.
Məsələnin həssaslığı səbəbindən anonimlik şərti ilə danışan İran mənbəsi bildirib ki, aktivlərin dondurulmasının aradan qaldırılması "Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi ilə bağlıdır" və bunun danışıqlarda əsas məsələ olacağı gözlənilir.
İranın "Tasnim" xəbər agentliyi Pakistanda keçiriləcək danışıqlara əlavə dörd ölkənin - Çin, Rusiya, Səudiyyə Ərəbistanı və Qətərin dəvət olunduğu barədə məlumatları təkzib edərək, bu məlumatların yanlış olduğunu vurğulayıb.
Oğuz