Paşinyanın avtomobili qəza törətdi - 1 ölü, 12 yaralı

Baş nazir Nikol Paşinyanın seçki qərargahının üzvlərini maşayiət edən Ermənistan Daxili İşlər Nazirliyinə (DİN) məxsus avtobus ağır qəzaya düşüb.

Apr 11, 2026 - 14:16
Paşinyanın avtomobili qəza törətdi - 1 ölü, 12 yaralı

SAVASHMEDİA.az xəbər verir ki, hadisə aprelin 11-də səhər saatlarında Kuçak–Aparan avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, İrəvandan Lori vilayətinə doğru hərəkət edən “Honda” markalı avtobus “Nissan” markalı minik avtomobili ilə toqquşub. 

İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, 12 xəsarət alıb.

Banu