"Belə bir söz desələr, masadan qalxacağıq" - İranın daha bir şərti
İran Pakistan paytaxında ABŞ nümayəndələri ilə baş tutan danışıqlardan imtina edə bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın vitse-prezidenti Mohammad Reza Aref sosial media hesabında yazıb.
Onun sözlərinə görə, Vaşinqton "İsrailin maraqları öndədir" prinsipinə sadiqlik nümayiş etdirsə, İran ABŞ ilə razılığa gələ bilməyəcək.
“Belə olmasını istəmirik, amma Donald Trampın komandası prinsipləri dəyişməsə, danışıqların uğurla davam edəcəyi şübhəli görünür. Bu isə hər iki tərəf və dünya üçün faydalı olan bir razılığın ertələnməsi anlamına gələcək. Görsək ki, ABŞ nümayəndələri üçün "İsrailin maraqları öndədir" devizi hələ də aktualdır, o zaman heç bir razılaşma olmayacaq və biz masadan qalxacağıq. Bu halda biz müqavimətimizi əvvəlkindən daha qətiyyətlə davam etdirəcəyik və dünya daha böyük xərclərlə üzləşəcək", - deyə Reza Aref qeyd edib.
Səlcuq