Görüşə dəqiqələr qalmış Ağ Ev TƏKZİB ETDİ
“ABŞ xarici banklarda saxlanılan dondurulmuş İran aktivləri üzərindəki həbsin götürülməsinə razı deyil”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi İrandan olan yüksəkvəzifəli şəxsə istinadla ABŞ-nin dondurulmuş İran aktivlərinin üzərindəki həbsin götürülməsinə razılaşdığını yazıb.
Agentlik sonra yaydığı məlumatda İranın Livanla bağlı öhdəliklər və sanksiyalar məsələsi həll olunmadan danışıqlara başlamayacağını bildirdiyini qeyd edib.
Xatırladaq ki, Həm ABŞ, həm də İran nümayəndələri artıq Pakistanın paytaxtı İslamabaddadır.
Görüş isə hələ də baş tutmayıb.
Banu