ABŞ Milli Kəşfiyyatına qadın rəhbərlik edəcək

ABŞ konqresinin keçmiş üzvü, podpolkovnik Tulsi Qabbard ölkənin Milli Kəşfiyyatın (DNI) direktoru vəzifəsində çalışacaq.

Nov 14, 2024 - 10:54
ABŞ Milli Kəşfiyyatına qadın rəhbərlik edəcək

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu yeni seçilmiş ABŞ prezidenti Donald Tramp bildirib.

“İyirmi ildən artıqdır ki, Tulsi ölkəmiz və bütün amerikalıların azadlığı uğrunda mübarizə aparır. Demokrat Partiyasından prezidentliyə keçmiş namizəd kimi o, hər iki partiyada geniş dəstəyə malikdir – o, indi qürurlu respublikaçıdır! Mən bilirəm ki, Tulsi bizim kəşfiyyat cəmiyyətimizə onun görkəmli karyerasını müəyyənləşdirmiş qorxmazlıq ruhunu gətirəcək”, - Tramp bəyanatında vurğulayıb.

Qeyd edək ki, Tramp ölkənin baş proküroru və ədliyyə naziri vəzifəsinə Konqresin Nümayəndələr Palatasında Florida ştatını təmsil edən konqresmen Mett Getsin namizədliyini irəli sürüb.

“Mett dərin istedadlı vəkildir. O, Ədliyyə Nazirliyində çox ehtiyac duyulan islahatların həyat keçirilməsi səylərinə görə Konqresdə fərqlənib”, - deyə Tramp öz namizədini tərifləyib. 

Onun sözlərinə görə, Mett ədliyyə sistemindən partiya aləti kimi istifadə edilməsinə son qoyacaq, sərhədləri qoruyacaq, cinayətkar təşkilatları sıradan çıxaracaq və amerikalıların güclü şəkildə Ədliyyə Nazirliyinə zədələnmiş inamını və etibarını bərpa edəcək.

Tramp əlavə edib ki, Mett Ədliyyə Nazirliyində sistemli korrupsiyanın kökünü kəsəcək: “O, nazirliyi cinayətlə mübarizə, demokratiyamızı və Konstitusiyamızı qorumaq kimi əsl missiyasına qaytaracaq”.
 
Xatirə SADİQ