Yanlış tərəqqi və qondarma "türk"lər

Heç vaxt malik olmadıqları Qarabağı itirmək ermənilərə necə ağır gəlsə də, son dövrdə onlar lap tarixi qələbələr qazanıblar.

Nov 14, 2024 - 10:58
Nov 14, 2024 - 10:59
Yanlış tərəqqi və qondarma "türk"lər

Əvvəlcə Emma Makron erməni dilini frankofoniya kateqoriyasına daxil etdi. Ardınca, İrəvanda fransızca danışan xalqların beynəlxalq forumunu keçirdi. Halbuki, bu dildə yalnız fransalılar, Belçikada yaşayan fransız mənşəlilər və Fransa müstəmləkəsi olmuş əksər ölkələrin xalqları danışırlar.

Sonra cavan erməni beynəlxalq idman yarışlarında Ermənistanın nazirbaşının gözləri qarşısında parça yandırdı. Həmin parçanın günahı yox idi, amma bəxti gətirmişdi ki, Azərbaycan bayrağı idi.

Əlbəttə, Rusiyada erməni kadrlarının hakimiyyət strukturlarını, hüquq-mühafizə orqanlarını, media və xüsusilə televiziya efirlərini ələ keçirmələri bu millətin böyük uğuru sayıla bilər. Ermənilər Rusiyanın ən yaxşı yalağıdırlar. Marqarita Simonyan, Sergey Kurginyan, Karen Şahnazarov, Tiqran Keosayan, Andronik Miqranyan, Roman Babayan, Armen Baqdasaryan, Semyon Baqdasarov, Yevgeni Petrosyan, Aram Qabrelyanov...

Həmçinin Qayane Ambarsumyan – "Rossiya" kanalında Vladimir Solovyovun proqramının rəhbəri, Vigen Akopyan – "Eurasia Daily" Agentliyinin həmtəsisçilərindən biri, Mixail Ağacanyan – həmin agentliyin baş redaktor müavini, Anna Beqlaryan – Zaqafqaziya şöbəsinin redaktoru... Onlar qətllərə mədhnamələr oxuyur, Ukraynanı və Avropanı, Putinin xoşuna gəlməyən hər hansı dünyanı məhv etməyə çağırırlar. İş belə gətirib ki, "ermənilərimiz" Alçaqlığın, Rəzalətin qulluğundadırlar. Tam səmimi. Könüllü surətdə. Böyük məhəbbətlə.

Amma bütün bu media ünsürləri iki nəfər milli kadrın nail olduqları ilə müqayisə edilə bilməzlər: 

– erməni Sergey Lavrov Rusiyanın xarici işlər naziridir; 

– erməni Mixail Mişustin Rusiya hökumətinin başçısıdır.

Bütün bunlarla yanaşı, ermənilərin ən mühüm qazancı – könüllü yalançı, ictimaiyyətin çirkin dezinformatoru, mənşəcə etnik türk, həmçinin şərti müsəlman olan cavan qazax Dinmühəmməd Kudaybergenovdur. İrəvandakı konserti ərəfəsində bu qanmaz musiqiçi Marqarita Simonyanın rəhbərlik etdiyi kanala müsahibəsində tar, saz, kanon və tütəyi ermənilərin milli musiqi alətləri adlandırmışdı. Heç erməninin indiyədək buna cəsarəti çatmayıb.

Hər şey bir yana, Azərbaycanla sülh sazişi ermənilər üçün əsl, ən ciddi nailiyyət ola bilər. Əgər buna ağılları çatarsa. İndi ki, Filip Ekozyants kimi dərrakəli – bilikli, savadlı, vicdanlı erməni var, ehtimal ki, ağlı və vicdanı olan başqa erməni də tapılar. Doğrudur, belələrini həmin an türk adlandırırlar. Olsun! Ağıllıya deyilən bu söz həm ona xoş gələr, həm də türklərə və azərbaycanlılara əzizdir.

A.ƏZİZ