İrandan "Tramp yolu" ilə bağlı AÇIQLAMA

İran xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan razılaşmaları barədə danışıb.

Aug 15, 2025 - 12:07
İrandan "Tramp yolu" ilə bağlı AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə yerli KİV-ə müsahibəsində bildirib.

İranlı nazirin sözlərinə görə, sazişlərin əhatə dairəsi hazırda tam aydın deyil.

“Amma Ermənistan Baş naziri Paşinyan bizim prezidentimizə, onların xarici işlər naziri mənə zəng etdi, Tehrana xarici işlər nazirinin müavinini göndərdilər, hərtərəfli izahat verdilər”, - deyə o vurğulayıb və burada söhbətin regionda geosiyasi dəyişikliklərdən getmədiyini vurğulayıb.

A.Əraqçi əlavə edib: “Bölgədə geosiyasi dəyişikliklər” adlandırılan şeylər və bu yöndə baş verməli olanlar tamamilə fərqli şeylərdir. Mən demirəm ki, indi baş verəcəklər heç bir əhəmiyyət kəsb etmir, çünki narahatlıqlar da var”.

Zəngəzur dəhlizi ilə bağlı qəbuledilməz iddialar səsləndirən, bunun ölkəsinin qırmızı xəttinin əleyhinə olduğunu iddia edən İran xarici işlər naziri qeyd edib ki, “Tramp yolu” məsələsində İranın qırımızı xətləri gözləniləcək:

“İndi bütün bu ideyalar Ermənistanda qeydiyyatdan keçmiş və Ermənistanın qanunları və yurisdiksiyası altında olan Amerika şirkəti tərəfindən tikilən yola çevrilir. Bu yol Ermənistanın suverenliyi altındadır. Burada Amerika hərbçiləri yerləşməyəcək və İranın bütün qırmızı xətlərinə hörmətlə yanaşılır”.