Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı 

İstanbul polisi 42 nəfəri, o cümlədən Beyoğlunun mərkəzi rayon bələdiyyə sədri İnan Güneyi korrupsiya şübhəsi ilə saxlayıb.

Aug 15, 2025 - 12:03
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı 

SAVASHMEDİA.az xəbər verir ki, saxlanılma əməliyyatları yerli prokurorluğun qərarı əsasında həyata keçirilib.

Tutulanlar arasında İnan Güneyin mənsub olduğu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri də var.

Bildirilir ki, həbslər İstanbul meriyasında dələduzluq faktı ilə bağlı aparılan istintaq çərçivəsində keçirilən antikorrupsiya əməliyyatlarının 9-cu dalğasıdır.

Məlumata görə, istintaq Türkiyənin ən böyük şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra başlayıb.