Rusiya neftini daşıyan tankerlər Hindistan sahillərində qaldı

Rusiya neftini daşıyan ən azı dörd tanker Hindistanın qərb sahillərində yüklərin boşaldılmasını gözləyir.

Aug 1, 2025 - 13:54
Rusiya neftini daşıyan tankerlər Hindistan sahillərində qaldı

SAVASHMEDİA.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir. 

Bunlardan üç tanker Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın sanksiyaları altındadır.

“Bloomberg” nəzərə çatdırır ki, ABŞ prezidenti Donald Tramp Hindistan mallarına, xüsusən də Rusiya neftinin alınmasına görə 25 faizlik rüsumlar elan etdikdən sonra Nyu-Dehli neft emalı zavodlarından digər ölkələrdən neft almaq planlarını hazırlamağı və paylaşmağı xahiş edib.

Xatirə SADİQ