Xruşşovun nəticəsinin xarici agent adlandırılması tələb edildi

Rusiyada “Xalqın Səsi” hərəkatının fəalları Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşovun nəvəsi Nina Xruşovanın cəzalandırılmasını tələb ediblər.

Nov 25, 2024 - 14:14
Nov 25, 2024 - 16:22
Xruşşovun nəticəsinin xarici agent adlandırılması tələb edildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Shot” telegram kanalı məlumat yayıb.

Məlum olub ki, hərəkat üzvləri Nina Xruşşovanın Yekaterinburqdakı Yeltsin Mərkəzində çıxış edəcəyi xəbərindən hiddətləniblər. 

Rusiya Baş Prokurorluğuna və Ədliyyə Nazirliyinə müraciət edən fəalların fikrincə, Nina Xruşşova xarici agent kimi tanınmalı və onun elan edilən mühazirəsi ləğv edilməlidir. 

Nina Xruşşova 33 ildir ABŞ-də yaşayır. O, dəfələrlə Ukraynadakı müharibənin əleyhinə çıxış edib. 

Nina Xruşşova hesab edir ki, Rusiya Federasiyası indiki hüquqları daxilində mövcud olmayacaq. 

Xatirə SADİQ