Cəlilabadda xəstə həkimi döydü - TƏBİB-dən açıqlama

TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında xəstənin həkimi döyməsinə münasibət bildirib.

Dec 29, 2024 - 10:59
Cəlilabadda xəstə həkimi döydü - TƏBİB-dən açıqlama

SAVASHMEDİA.az xəbər verir ki, dekabrın 22-də saat 19:30 radələrində vətəndaş F.İmanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanova qarşı fiziki zorakılıq etməyə cəhd göstərib. Həkim hadisədən uzaqlaşmağa çalışsa da, müqavimətlə üzləşib.

Hazırda hadisənin detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək.