Putinə müxalif olan bloger Türkiyədə ölü tapıldı
“Dağıstan səhəri” Telegram kanalının sahibi Abakar Abakarov Türkiyədə ölü tapılıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, Dağıstanın Uytaş hava limanında kütləvi iğtişaşların təşkili ittihamı ilə 2023-cü ildən federal axtarışda olub.
Putinin sərt tənqidçilərindən olan Abakarovun meyiti yaşadığı Eyüp Sultan rayonunda kirayədə qaldığı villada tapılıb. Təmizlikçi onu otaqda qan içində görüb.
Ölümün səbəbi hələ müəyyən edilməyib. Onun yaşadığı ev oktyabrın 6-da kirayədə qalıb, oktyabrın 7-də isə kameralarda hələlik şəxsiyyəti məlum olmayan şəxsin zərərçəkmişlə birlikdə ora necə girdiyi görünür. Cani evdən iki çanta ilə çıxıb.