Azərbaycanda zəlzələ oldu

Xəzər dənizinin Azərbaycan akvatoriyasında 4 maqnitudalı zəlzələ olub.

Dec 30, 2024 - 01:22
Azərbaycanda zəlzələ oldu

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – məlumatda nəql edilib.

Bildirilib ki, yeraltı təkanların ocağı 65 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 00:14-də qeydə alınıb.

Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin maqnitudasının 4,3 olduğunu açıqlayıb. Mərkəzə görə, zəlzələnin episentri Sumqayıtdan 107 km şimalda olub.