Ukrayna Qara dənizdə Türkiyə gəmisini vurdu - Səfir XİN-ə çağırıldı

Ukraynanın Ankaradakı səfiri Nəriman Calal Qara dənizdə Türkiyə gəmilərinə hücumla bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Aug 29, 2026 - 18:08
Ukrayna Qara dənizdə Türkiyə gəmisini vurdu - Səfir XİN-ə çağırıldı

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə tərəfinin məlumatına görə, Qara dənizdə Türkiyə şirkətinə məxsus “Lider Bordo Mavi” gəmisi hücuma məruz qalıb. 

Hadisədən sonra ona yardım göstərmək və yedəyə almaq üçün göndərilən “Lider Kocatepe” gəmisinə də hücum edilib.

Türkiyə XİN-də keçirilən görüşdə Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıq Ukrayna tərəfinə çatdırılıb. Ankara bölgədə insanların, gəmilərin və yüklərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Oğuz