“Barselona” Bakıya bu tarixdə gələcək
UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Sabah"ın İspaniya nəhəngi “Barselona” ilə qarşılaşacağı vaxt müəyyənləşib.
SAVASHMEDİA.az xəbər verir ki, Bakı təmsilçisi rəqibini 5-ci turda qəbul edəcək.
“Sabah” - “Barselona” görüşü noyabrın 25-də keçiriləcək. Oyun saat 21:45-də başlayacaq.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində ilk dəfə iştirak edir.
Oyunların təqvimini təqdim edirik:
10 sentyabr
“Mançester Yunayted” – “Sabah”
13 oktyabr
“Sabah” – “Slaviya”
20 oktyabr
“Sabah” – “Borussiya Dortmund”
4 noyabr
“Vikinq” – “Sabah”
25 noyabr
“Sabah” – “Barselona”
8 dekabr
“Vilyarreal” – “Sabah”
20 yanvar
“Sabah” – “Napoli”
27 yanvar
“Arsenal” – “Sabah”