Mbappe ittihamları qəbul etmir
“Real Madrid”in hücumçusu Kilian Mbappe cinsi zorlamada iştirakı ilə bağlı məlumatların yayılmasına görə böhtan atmaq ittihamı ilə iddia qaldırmağa qərar verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə futbolçunun vəkili Mari-Aliks Kanu-Bernar “AFR”ə bildirib.
Vəkil qeyd edib ki, forvard özünün nəşrlər tərəfindən nüfuzdan düşməsinə icazə verməyəcək.
“Bunun ona aid ola biləcəyini biləndə heyrətə gəldi. O, məşqə getmək qərarına gəldi və ofisimdən hər şeyi olduğu kimi buraxmamağı xahiş etdi”, - deyə vəkil bildirib.
Bundan əvvəl İsveç prokurorluğu oktyabrın 10-da futbolçunun qaldığı Stokholm otelində baş verdiyi iddia edilən zorlama işi ilə bağlı araşdırmaya başlayıb. İsveçin “Aftonbladet” və “Expressen” qəzetləri Mbappenin istintaq obyekti olduğunu yazıb, lakin prokuror futbolçunun adını açıqlamayıb.
Mbappe özü xəbərin saxta olduğunu bildirib.
Məlum olub ki, Mbappe dostları ilə birlikdə Stokholmda olub. O, zədəsini əsas gətirərək, Fransa millisinin oktyabrdakı təlim-məşq toplanışına getməyib. Lakin bir oyun buraxdıqdan sonra “Real Madrid”in tərkibinə qayıdıb.
Xatirə SADİQ