“ABŞ-nin pərdələnmiş planıdır” – Kremldən Zelenskinin qələbə planına reaksiya
“Ukrayna prezidenti Volodimir Zelenskinin qələbə planı, görünür, ABŞ-nin münaqişəni davam etdirmək üçün pərdələnmiş planını ifadə edir”.
SAVASHMEDİA.az xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RBC” telekanalına müsahibəsində bildirib.
Ukrayna prezidentinin parlamentə təqdim etdiyi qələbə planına münasibət bildirən Kreml sözçüsü deyib ki, artıq həftələrdir hansısa keçici sülh planından danışılır.
“Yəqin ki, KİV onun bütün açıqlamalarını dərc edəndə nəsə demək mümkün olacaq. Amma ümumiyyətlə, bilirsiniz, artıq neçə həftədir ki, hansısa müvəqqəti sülh planı haqqında danışılır... Çox güman ki, bu, amerikalıların sonuncu ukraynalıya qədər bizimlə döyüşmək planıdır. İndi Zelenski onu kamuflyaj edib və “sülh planı” adlandırıb”, - deyə Peskov əlavə edib.
Peskovun fikrincə, Ukrayna üçün yeganə real sülh planı Ukrayna hakimiyyətinin yeritdiyi siyasətin puç olduğunun dərk edilməsidir. O, Ukrayna hakimiyyətini ayılmağa və hərbi münaqişəyə gətirib çıxaran səbəbləri anlamağa çağırıb.
Xatirə SADİQ