Vidadi İsgəndərlinin sifarişini Sevinc Osmanqızı verib? - Özü danışdı

OsmanqızıTV-nin rəhbəri Sevinc Osmanqızı sərt ittihamlarla çıxış edib.

Oct 16, 2024 - 16:35
Oct 16, 2024 - 16:35
Vidadi İsgəndərlinin sifarişini Sevinc Osmanqızı verib? - Özü danışdı

“AXCP-də olan dostlar, dost olmayanlar, yəqin, bir az utanacaqlar. Biz bilirik ki, Vidadi İsgəndərlini mənim üstümə sürdürənlər onlar idi. Bu, çox aydın üzə çıxdı. Nə yazıq ki, Vidadi İsgəndərlinin son videoları hakimiyyətə qarşı yox, mənə və digərlərinə həsr olunmuşdu”.

SAVASHMEDİA.az globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri OsmanqızıTV-nin rəhbəri və aparıcısı, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı bildirib.

O, Yutub üzərindən yayımladığı proqramda AXCP və dolayısı ilə Əli Kərimli haqda sərt ittihamlar səsləndirib. Fransada yaşayan, bir neçə gün öncə naməlum şəxslər tərəfindən öldürülən Vidadi İsgəndərlini qızışdırıb onu söydürdüyünə görə Xalq Cəbhəsinin rəhbərliyi haqda qınayıcı sözlər sərf edib. Həmçinin çox sərt və açıq formada Əli Kərimlini söyüş müxalifətinin əsas ideyavericisi kimi təqdim edib.

S.Osmanqızı deyib ki, onu Vidadi İsgəndərlinin vasitəsilə AXCP rəhbərliyi söydürüb. Jurnalistin sözlərinə görə, bunu V.İsgəndərlinin öldürülməsində iz itirmək üçün ediblər:

“İndi belə təbliğat aparılır ki, guya Vidadi İsgəndərlini mən öldürtmüşəm. AXCP-nin bunda marağı nə idi? Onlar bu prosesdə rol almışdılarmı? Bilirdilər ki, onlardan istifadə olunur? Yoxsa bundan xəbərsiz idilər?”