“Brüssellə dialoqun tam bərpasına ümid edirəm” - Ərdoğan
Avropa İttifaqının (Aİ) dekabrda keçiriləcək sammitindən sonra Ankara Brüssellə dialoqun tam bərpasını gözləyir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayenlə danışıqlardan sonra mətbuat konfransı zamanı deyib.
Türkiyə liderinin sözlərinə görə, o, Aİ-nin qarşıdan gələn sammitində Türkiyə ilə bu qurum arasında qarşılıqlı fəaliyyətdə məhdudiyyətləri aradan qaldıracaq bir sıra qərarların qəbul ediləcəyinə böyük ümid edir.
“Ümid edirəm ki, bu qərarlar dialoqun bərpası kontekstində gözləntilərimizə cavab verəcək”, - deyə Ərdoğan əlavə edib.
Ərdoğan həmçinin vurğulayıb ki, Ankara ilə Brüssel arasında əlaqələr Türkiyə-Aİ sammitindən sonra lazımi yüksək səviyyəyə qalxa biləcək.
Xatirə SADİQ