Avropa İttifaqı Suriyaya qayıdır

Avropa İttifaqı (Aİ) Suriyadakı nümayəndəliyini yenidən açacaq.

Dec 17, 2024 - 16:27
Avropa İttifaqı Suriyaya qayıdır

SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı Kaya Kallas deyib. 

Kallas qeyd edib ki, Aİ-nin səfirlik statusunda olan Suriyadakı ofisi heç vaxt rəsmi olaraq bağlanmayıb, lakin müharibə zamanı Dəməşqdə akkreditə olunmuş səfir olmayıb.

“Biz bu nümayəndəliyin yenidən tam fəaliyyət göstərməsini istəyirik”, - deyə Aİ-nin ali nümayəndəsi vurğulayıb. 

Kallas bildirib ki, o, Aİ nümayəndə heyətinin rəhbərindən Suriyanın yeni rəhbərliyi və digər qruplarla əlaqə yaratmaq üçün dekabrın 16-da Dəməşqə səfər etməsini istəyib.

Xatirə SADİQ