Ədliyyə Nazirliyi “Google”u ittiham edir – ABŞ-də
ABŞ Ədliyyə Nazirliyi “Google” şirkətini inhisarçılığı gücləndirmək üçün süni intellektdən istifadə etməkdə günahlandırır.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
ABŞ Ədliyyə Nazirliyinin vəkili “Google”a qarşı antimonopoliya işinin gedişində bildirib ki, şirkətin onlayn axtarışda üstünlüyünü genişləndirmək üçün süni intellekt məhsullarından istifadə etməsinin qarşısını almaq üçün sərt addımlar atılmalıdır.
“Google” şirkəti iddia edir ki, onun axtarış sistemlərinə köklənmiş süni intellekt məhsulları işin çərçivələrindən kənara çıxır.
Ədliyyə Nazirliyi indi elə məhkəmə qərarına nail olmağa çalışır ki, “Google” şirkəti “Chrome” brauzerini satmağa və “Google”un onlayn axtarış sahəsində monopoliyasına son qoymağa məcbur edilsin.
Xatirə SADİQ