Rubionun rusları təbrik etməsi Ukraynada qəzəb doğurdu

ABŞ dövlət katibi Marko Rubionun rusiyalılara Rusiya Günü münasibətilə ünvanladığı təbrik məktubunun məzmunu Ukrayna mediasında və telegram kanallarında birmənalı qarşılanmayıb. 

Jun 12, 2025 - 11:27
Rubionun rusları təbrik etməsi Ukraynada qəzəb doğurdu

SAVASHMEDİA.az xəbər verir ki, Rubionun müraciəti Dövlət Departamentinin saytında dərc olunub. 

“Birləşmiş Ştatlar işıqlı gələcək üçün öz cəhdlərini inkişaf etdirməyə davam edən Rusiya xalqını dəstəkləməyə sadiqdir. Biz də bu fürsətdən istifadə edərək, ABŞ-nin Rusiya və Ukrayna arasında davamlı sülhə nail olmaq üçün Rusiya Federasiyası ilə konstruktiv əməkdaşlığa can atdığını bir daha təsdiqləyirik. Ümid edirik ki, sülh ölkələrimiz arasında daha güclü, daha qarşılıqlı faydalı əlaqələrə töhfə verəcək”, - deyə ABŞ dövlət katibi vurğulayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına istinadən Ukrayna KİV-i xatırladıb ki, genişmiqyaslı işğal başlayandan bəri Rusiya Federasiyasının müharibədəki itkiləri həlak olan və yaralananların sayına görə 1 milyonu ötüb. 

Xatirə SADİQ