“Tramp hazırdır, amma Kim Çen İn…” – “Bloomberq”

ABŞ prezidenti Donald Tramp ünsiyyət baxımından Şimali Koreya lideri Kim Çen Ina açıqdır.

Jun 12, 2025 - 11:41
“Tramp hazırdır, amma Kim Çen İn…” – “Bloomberq”

SAVASHMEDİA.az “Bloomberq” agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt deyib. 

“Prezident əvvəlki kimi Kim Çen Inla ünsiyyət saxlamağa hazırdır və Sinqapur sammiti zamanı əldə olunanın bundan sonrakı tərəqqisini görmək istərdi”, - deyə Levitt medianın Trampın guya Kim Çen Ina məktub göndərməyə cəhd etməsi, lakin Şimali Koreya liderinin onu qəbuldan imtina etməsi barədə xəbərlə bağlı suala cavab verərkən söyləyib.

Xatırladaq ki, aprelin əvvəlində Tramp “hansısa məqamda” Şimali Koreya ilə əlaqə saxlamağı istisna etmədiyini və yenə Kim Çen Inla “çox yaxşı münasibətləri” olduğunu bildirmişdi.

KİV-in məlumatına görə, bundan sonra Amerika administrasiyası KXDR ilə əlaqə yaratmaq üçün gələcək addımları müzakirə etməyə başlayıb.

Xatirə SADİQ