“Fanatıyam, düşündüm ki...” – Yaşar Nurinin əşyalarını oğurlayan şəxs + VİDEO
Xalq artisti, sevilən aktyor Yaşar Nurinin qızı Ülkər “İncə səhər” verilişinin qonağı olub.
SAVASHMEDİA.az xəbər verir ki, o, verilişdə illər əvvəl Novxanıdakı bağ evlərindən edilən oğurluqla bağlı da danışıb.
Ülkər bildirib ki, evlərindən oğurluq edən şəxs öz qonşuları olub:
“Qonşumuz imiş. Biz bağa gec-gec gedirdik. Orada özü üçün yaşayış qurub. Getdim gördüm, yeyib-içir. Atamın otağına da girmişdi. Sonra saxlanıldı. Niyə belə etdiyini soruşdum. Dedi ki, Yaşar Nurinin fanatıyam, ona görə etmişəm. Verdiyi cavabdan şoka düşmüşdüm. Dedim fanatısansa, deyərdin hansısa bir əşyasını sənə verərdik. Dedi yox, düşünürdüm ki, verməzsiniz”.
Ülkər qeyd edib ki, həmin şəxs Yaşar Nurinin çox əşyasını oğurlayıb:
“Atamın bəzi əşyalarını oğurlayıb bağda basdırmışdı. Ümumiyyətlə, evdən çox əşya oğurlanmışdı. Amma atama aid bir əşya itəndə çox pis oluram. Ev təmirsizdir. Biz bir otağı düzəltmişik, atamın əşyalarını da ora qoymuşuq. Əslində onun ev muzeyi də olmalıdır, adına küçə də olmalıdır. İnşallah olar. Çünki o xalqın sənətkarıdır. Xalq da onu çox sevir. Yəqin ki, dəyərləndirərlər”.
Xatırladaq ki, Xalq artisti uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə vəfat edib.
Banu