Türkiyə yenə silkələndi – 4,9 bal
Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, yeraltı təkanlar Balıkesir şəhərinin Sındırğı rayonunda qeydə alınıb.
AFAD-ın yaydığı məlumata görə, zəlzələ Bursa, İzmir ve Çanakkale şəhərlərində də hiss olunub.
Dağıntı və təlafat barədə məlumat verilməyib.
Qeyd edək ki, 27 oktyabrda baş verən 6,1 ballıq zəlzələdən sonra Sındırğı rayonu “təbii fəlakət bölgəsi” elan edilib.
Banu