Tramp polyak həmkarını qapı arxasında qoydu
Polşa prezidenti amerikalı həmkarının təşəbbüsü ilə Vaşinqtonda bu gün keçiriləcək sammitə dəvət olunmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Polsat News telekanalına müsahibəsində Polşa xarici işlər nazirinin müavini Teofil Bartoşevski bildirib.
“Polşa nümayəndəsinin iştirak etməməsi Polşa diplomatiyasının uğursuzluğu sayılmayacaq?” sualını nazir müavini belə cavablandırıb: “Prezident Tramp Vaşinqtona dəvət edir. Gördüyünüz kimi, o, prezident Navrotskini dəvət etməyib”.
“Eynən baş nazir Tusk kimi”, - deyə aparıcı söz atıb.
Bartoşevski bu məqamda diqqətə çatdırıb ki, ABŞ prezidentləri adıtın baş nazirlərlə deyil, prezidentlərlə danışır. Burada istisna Almaniya, İngiltərə, İtaliya, İsrail və ya Hindistan kimi “iri ölkələr” təşkil edir.
“Polşa orta ölçülü ölkədir. Onun Almaniya və ya Böyük Britaniya kimi beynəlxalq təsir rıçaqları yoxdur. Digər tərəfdən, Finlandiya prezidenti prezident Trampla dostluq edir. Onun hələ prezident olduğunu demirəm”, - deyə polyak diplomat izah edib.
Bartoşevski ölkə nümayəndələrinin Vaşinqtonda olmamasının “problem olmadığına” əmin etməyə çalışıb.
“De-fakto qərarlar Amerikanın dar çevrəsində veriləcək. Avropa təmsilçiləri danışıqlarda iştirak etmirlər. Onların reallığa təsirləri məhdud olacaq. Orada qərarı bir nəfər verir. Nazir Sikorski dünən Avropa elçiləri ilə videokonfransda bizim mövqeyimizi çatdırdı, bu barədə razılığa gəlinib və onlar bu barədə danışacaqlar”, - deyə nazir müavini əlavə edib.
Xatırladaq ki, avqustun 17-də “qətiyyətlilər koalisiyası”nın videokonfransı zamanı Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, təzyiq təcavüzün qurbanına deyil, təcavüzkarın özünə göstərilməlidir.
Xatirə SADİQ