Ukrayna üzrə “Ramştayn” iclası təxirə salındı – Qasırğaya görə
Almaniyada oktyabrın 12-də ölkə liderləri formatında baş tutmalı olan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) iclasının başqa tarixə keçirilməsi qərara alınıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radisu” NATO-nun mənzil-qərargahındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlum olub ki, iclasa sədrlik etməli olan ABŞ prezidenti Co Bayden ölkəsində gözlənilən güclü “Milton” qasırğası səbəbindən Almaniyaya səfərini təxirə salıb.
Hələlik iclasın yeni tarixi barədə məlumat verilməyib.
Xatirə SADİQ