AŞ prezidenti sammitdən öncə Orbanla görüşdü
Avropa Şurasının (AŞ) prezidenti Antonio Koşta fevralın 25-də Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Koşta “X” platformasında məlumat paylaşıb.
“Bu çətin dövrlərdə Avropa birliyini qorumaq həmişəkindən daha vacibdir”, -deyə Koşta əlavə edib.
Orban isə bu görüşü Bob Dilandan sitat gətirərək lakonik şəkildə təsvir edib: “Zaman, onlar dəyişir”.
Qeyd edək ki, Avropa İttifaqı liderlərinin 6 marta təyin olunmuş növbədənkənar sammiti Avropanın müdafiəsinə və Ukraynaya həsr olunacaq. Həmin sammiti Koşta çağırıb.
Xatirə SADİQ