Trampın baş müşaviri bunu təkzib etdi
ABŞ prezidenti Trampın baş müşaviri Piter Navarro Kanadanın “Five Eyes” kəşfiyyat məlumatları mübadiləsi şəbəkəsindən çıxarılması təklifi verdiyini təkzib edib.
SAVASHMEDİA.az bu barədə “The Hill” nəşrinə istinadən xəbər verir.
“Hesab edirəm ki, adı açıqlanmayan mənbələrə əsaslanan hər hansı bir xəbərə heç vaxt şərh verməməliyik. Kanada kimi müttəfiqlərimiz olduğu halda, biz heç vaxt milli təhlükəsizliyimizi təhlükə altına atmarıq”, - deyə Tramp administrasiyasının ticarət və istehsal üzəri baş müşaviri vurğulayıb.
Qeyd edək ki, Piter Navarronun Kanadanın “Five Eyes” şəbəkəsindən çıxarılmasını israr etdiyi barədə məlumatı “Financial Times” yazıb. “İdeyanın Tramp tərəfindən hər hansı dəstəyin olub-olmadığı bəlli deyil, lakin bu, onun məmurları arasında müzakirə olunur”, - deyə nəşr vurğulayıb.
“Five Eyes” kəşfiyyatın əməkdaşlarından biri nəşrə bildirib ki, Kanadanın 10 illik şəbəkədən çıxarılması çox təhlükəli olar: “Oturduğum yerdə üstümüzə gələn çoxsaylı təhdidlərə baxaraq, əldə edə biləcəyimiz bütün tərəfdaşlara ehtiyacımız var”.
Xatırladaq ki, bu şəbəkəyə Kanada ilə yanaşı Böyük Britaniya, Avstraliya və Yeni Zelendiya da daxildir.
Xatirə SADİQ