Vitse-prezidenti Trampın düşüncəsinə güldü

Trampın hazırkı vitse-prezidentini öz varisi kimi görmədiyi barədə açıqlamasına Ceyms Devid Vens münasibət bildirib. 

Feb 26, 2025 - 11:53
Vitse-prezidenti Trampın düşüncəsinə güldü

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ vitse-prezidenti bununla bağlı “Daily Mail”in sualını gülərək cavablandırıb. 

“Düşünürəm ki, o, məhz deməli olduğu şeyi söyləyib. Yəni “Çox erkəndir” deyib”, - Vens vurğulayıb. 

O, əlavə edib ki, hazırda onun yeganə diqqəti siyasətdə deyil, Amerika xalqının məsələsində cəmlənib. 

“Əlbəttə, siyasətə diqqəti yönəltmək vaxtı da gələcək – [məsələn, 2026-cı ilin noyabrında] ara seçkilər – odur ki, gəlin yaxşı işləyək, sonra isə aralıq seçkiləri barədə narahat olaq. Daha sonra biz uyğun vaxtda prezident siyasəti barədə narahat olacağıq”, - deyə C.D.Vens yekunlaşdırıb.

Xatirə SADİQ