Paşinyan Anna Akopyanla rəsmi nikah bağladı - 4 uşaqdan sonra

Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaş nikahında yaşadığı Anna Akopyanla münasibətini rəsmiləşdirib.

Feb 17, 2026 - 11:56
Feb 17, 2026 - 16:21
Paşinyan Anna Akopyanla rəsmi nikah bağladı - 4 uşaqdan sonra

SAVASHMEDİA.az xəbər verir ki, bu məlumatı Ermənistanın “Factor” portalı yayıb.

Portal qeyd edib ki, Nikol Paşinyanla Anna Akopyanın nikahları rəsmi olaraq qeydiyyata alınıb.

Qeyd edək ki, bundan əvvəl Anna Akopyan Paşinyanla vətəndaş nikahının bitdiyini açıqlamışdı:

“Mənim Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım başa çatıb. Xahiş edirəm, məsələ ilə bağlı təmkinli olasınız”.

Xatırladaq ki, Paşinyan-Akopyan cütlüyü universitetdə oxuyarkən tanış olub. 1990-cı illərin sonundan vətəndaş nikahında yaşamağa başlayıblar. Onların bu nikahdan Məryəm, Susanna, Arpine adlı 3 qız və Aşot adlı bir oğlan övladı var. Paşinyan ailə həyatı haqqında açıqlama verərkən rəsmi nikaha girməməsinin səbəbini gələcəkdə həbs oluna biləcəyi təhlükəsi ilə əlaqələndirmişdi. O bildirmişdi ki, buna görə hətta evi də öz adına deyil, Anna Akopyanın adına alıb.

Banu