Trampın partiyası Senatda üstünlüyü ələ aldı

Respublikaçılar Partiyası aralıq seçkilərdən sonra ABŞ Senatında çoxluğu bərpa edib. 

Nov 6, 2024 - 11:39
Trampın partiyası Senatda üstünlüyü ələ aldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. 

Nəşr yazır ki, son 4 ildə azlıqda olan respublikaççılar əvvəllər demokratların sahib olduğu ən azı 2 yeri qazanır və bu, onlara 51-49 minimal üstünlüklə Nümayəndələr Palatasına nəzarəti təmin edir.

Respublikaçı namizədlər Qərbi Virciniya, Ohayo və Nebraska ştatlarında qalib gəliblər. Senata nəzarət uğrunda mübarizənin taleyi isə əsasən nümayəndələri demokratlar olan Ohayo və Montana ştatlarında həll olunub.

Nəşr qeeyd edib ki, Senatda nəzarətin Respublikaçılar Partiyasına keçdiyi vaxtda respublikaçıların uzun müddət lideri olan Mitç Makkonnell vəzifəsini tərk edir. Onun xələfi hələlik müəyyənləşdirilməyib. 

Respublikaçılar gələn həftə Senatdakı yeni lideri seçməyi planlaşdırırlar. Bu vəzifəyə bir neçə iddiaçı var: Makkonnellin iki əməkdaşı Con Tan və Con Kornin, eləcə də Rik Skott. 

Senata respublikaçıların nəzarət etməsi Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə onun üçün böyük üstünlük deməkdir. Bununla belə, Respublikaçılar Partiyasının yuekun üstünlüyünün necə olacağı əhəmiyyət kəsb edir. Çünki Senatdakı bəzi respublikaçılar dəfələrlə Trampın xəttinə zidd hərəkət ediblər.

Əksər qərarlar 60 səs tələb etdiyi üçün respublikaçılar demokratlarla əməkdaşlıq etməli olacaqlar. 

Xatırladaq ki, 2024-cü il seçkilərində Senatın üçdə biri yenidən seçiləcək və səlahiyyət müddəti başa çatan senatorlar arasında demokratlar çoxluq təşkil edir.

Xatirə SADİQ