ABŞ-nin Rusiyaya işləyən yüksək rütbəli zabiti SAXLANILDI - Peskovdan REAKSİYA
NATO-nun Avropadakı hərbi birləşməsində xidmət etmiş amerikalı yüksək rütbəli zabit Rusiyaya casusluqda şübhəli bilinir.
SAVASHMEDİA.az xəbər verir ki, 41 yaşlı polkovnik-leytenant Brendon Kerol Tayner noyabrın 10-da İngiltərənin Qloster şəhəri yaxınlığında saxlanılıb.
“Reuters”in məlumatına görə, o, məxfi məlumatları əldə etmək və yaymaq, eləcə də xarici kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilinir. Britaniya polisi şübhələrin Rusiya ilə əlaqəli olduğunu bildirib.
Tayner NATO-nun Müttəfiq Çevik Reaksiya Korpusunda xidmət edib. Bu hərbi birləşmə Avropada və digər regionlarda mümkün böhranlara operativ müdaxilə üçün nəzərdə tutulub.
Noyabrın 17-də Britaniya hüquq-mühafizə orqanları istintaqın ABŞ tərəfinə verildiyini açıqlayıb. ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri Kaş Patel zabitin amerikalı hərbçilərin nəzarətində olduğunu təsdiqləyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın bu hadisə ilə əlaqəsi olmadığını bildirib.
Oğuz