"Real" Arda Gülerlə müqaviləni uzatdı - RƏSMİ

"Real" türkiyəli futbolçusu Arda Gülerlə müqaviləsini uzadıb.

Nov 18, 2026 - 16:48
"Real" Arda Gülerlə müqaviləni uzatdı - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçmişdi.

Aytən