Xameneinin paylaşdığı fotonun "SÖZƏ TƏRCÜMƏSİ" - "Avropanı vurun!"

İranın Ali Rəhbəri Müctəba Xameneinin ofisi 5 000 kilometrlik məsafəni vuracaq gücdə olan raketin əks olunduğu poster yayımlayıb.

Nov 18, 2026 - 14:33
Xameneinin paylaşdığı fotonun "SÖZƏ TƏRCÜMƏSİ" - "Avropanı vurun!"

SAVASHMEDİA.az “Iran International”a istinadən xəbər verir ki, paylaşımda Müctəba Xameneinin orduya məsafədən asılı olmayaraq istənilən təhdidə cavab vermək göstərişi də xatırladılıb.

Qeyd edək ki, oktyabrın 31-də Müctəba Xamenei hərbi komandirlərə belə bir göstəriş vermiş, noyabrın 7-də isə SEPAH İranın ballistik raketlərinin mənzilinə qoyulan 2 000 kilometrlik məhdudiyyətin aradan qaldırıldığını açıqlamışdı.

Xatırladaq ki, 5 000 kilometrlik mənzilə malik raketlərin hazırlanması İranın Avropanın böyük hissəsini də potensial hədəf dairəsinə daxil etməsinə imkan verir.

Səlcuq