“Makronun Fələstini tanımaq planını qətiyyətlə rədd edirik” – Marko Rubio
“Birləşmiş Ştatlar sentyabrda keçiriləcək BMT Baş Assambleyası zamanı Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətini rəsmən tanımaq planını qətiyyətlə rədd edir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsində yazıb.
ABŞ dövlət katibi Fransa prezidentinin təşəbbüsünü “HƏMAS-a sərf edən təhlükəli addım” adlandırıb.
“Bu məsuliyyətsiz qərar yalnız HƏMAS-ın təbliğatına xidmət edir və sülh perspektivini puça çıxarır. Bu, 7 oktyabr qurbanlarının üzünə vurulan sillədir”, - deyə Rubio xəbərdarlıq edib.
Makron iyulun 24-də elan edib ki, ölkəsi Fələstini dövlət kimi tanıyacaq və sentyabrda BMT-nin sessiyasında bununla bağlı rəsmi açıqlama verəcək. O, həmçinin Qəzzada dərhal atəşkəs elan edilməsinə, girovların azad edilməsinə, mülki şəxslərə humanitar yardım göstərilməsinə və İsrailin tanıyacağı həyat qabiliyyətli, silahsızlaşdırılmış Fələstin dövlətinin yaradılmasına çağırıb.
Xatirə SADİQ