Almaniya miqrantlar üçün müavinətləri azaldır 

Almaniya Bundestaqı miqrasiya siyasətini gücləndirmək üçün təhlükəsizlik paketi qəbul edib.

Oct 18, 2024 - 17:42
Almaniya miqrantlar üçün müavinətləri azaldır 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Handelsblatt” nəşri məlumat yayıb. 

Almaniya parlamenti bu qərara Zolingen şəhərində baş verən terror aktından sonra gəlib. 

Terrorla mübarizənin təkmilləşdirilməsinə dair daha bir qanun layihəsi də xüsusi səsvermədə təsdiqlənib. Bu, islamçı ekstremizmlə mübarizədə istintaq orqanlarına daha çox səlahiyyətlər verir. Bu hissə Bundesrat tərəfindən təsdiq tələb etmir.

Səsvermədən əvvəl daxili işlər naziri Nensi Fezer təhlükəsizlik paketini müdafiə edib: “Biz hazırkı təhdidlər qarşısında millətimizin daxili təhlükəsizliyini gücləndiririk”.

Onun sözlərinə görə, bu tədbirlər islamizm, antisemitizm və zorakı cinayətlərin artmasına güclü reaksiya və düzgün cavabdır.

Qeyd edək ki, paket dogma ölkəsini tərk etmək məcburiyyətində qalan miqrantlar üçün müavinətləri azaldacaq və silah qanunlarını, xüsusən də bıçaqlara dair qanunları sərtləşdirəcək. Bu paketi Almaniya parlamentinin digər palatası olan Bundesrat da təsdiqləməlidir. 

Xatırladaq ki, “İslam dövləti” ilə əlaqədə şübhəli bilinən suriyalı Zolingendə bıçaqla insanlara hücum edib, nəticədə 3 nəfər ölüb. 

Xatirə SADİQ