Rusiyaya qarşı sanksiyalar siyahısı genişləndirildi - Britaniya hökuməti
Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyaların siyahısını daha 30 şirkətlə genişləndirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında bildirilib.
Məlumata görə, siyahıya “SSRİ-nin 50 illiyi adına Bryansk Kimya Zavodu” və “Anozit” kimya sənayesi müəssisəsi daxildir.
“Birləşdirilmiş siyahıya 30 şirkət əlavə edilib, indi onların aktivləri dondurulmalıdır. Trast xidmətlərinə görə sanksiyalar tətbiq edilir”, - deyə sənəddə qeyd olunur.
Britaniya hökuməti həm də Rusiya əleyhinə sanksiyalar siyahısına 70 düzəliş edib.
Xatirə SADİQ