Cənubi Koreyanın prezidenti etiraf etdi - “Ehtiyatlanırdım ki…”
Cənubi Koreyanın yeni prezidenti Li Çje Men avqustun 25-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla ilk görüşü zamanı “Zelenski anı” ilə üzləşə biləcəyindən ehtiyatlandığını etiraf edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Politico nəşri Koreya prezidentinin Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindəki çıxışına istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, buna səbəb Trampın görüş ərəfəsində Cənubi Koreyada demokratiyanı şübhə altına alan sosial media yazısı olub.
Eyni zamanda Li əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə eyni vəziyyətlə üzləşməyəcəyinə əmindir.
“Bu, mən prezident Trampın “Sövdələşmə sənəti” kitabını oxuduğum üçündir”, - deyə Li izah edib.
Xatirə SADİQ