İsrail o əsgərin hərəkətinə görə xristianlardan ÜZR İSTƏDİ - VİDEO

İsrail Ordusu xristianlardan üzr istəyib.

Apr 20, 2026 - 21:23
İsrail o əsgərin hərəkətinə görə xristianlardan ÜZR İSTƏDİ - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb İsrail əsgərinin Livanda İsa peyğəmbərin heykəlinə xəsarət yetirməsidir. 

Sosial şəbəkələrdə yayılan görüntülər xristian dini mənsublarının kəskin etirazına və qəzəbinə səbəb olub.

Sözügedən videoda əsgərin İsa peyğəmbərin xaçdan qoparılmış heykəlinə xəsarət yetirdiyi, başına zərbə endirdiyi və qollarını qırdığı görünür.

İsrail Ordusunun sözçüsü Nadav Şoşani hadisəyə görə üzr istəyib və istintaqın başlandığını açıqlayıb. Bəyanatda həmçinin bildirilib ki, istintaq çərçivəsində məsuliyyət daşıyan əsgərə qarşı müvafiq intizam tədbirləri görüləcək.

Banu