HƏMAS silahı yerə qoymağa razılaşdı - Trampdan açıqlama 

ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın silahsızlaşmağa razılıq verdiyini açıqlayıb.

Jul 31, 2026 - 12:22
HƏMAS silahı yerə qoymağa razılaşdı - Trampdan açıqlama 

SAVASHMEDİA.az xəbər verir ki, əldə olunan razılaşma çərçivəsində HƏMAS silahı mərhələli şəkildə təhvil verəcək, bunun müqabilində isə İsrail ordusunun Qəzza zolağından tədricən çıxarılması nəzərdə tutulur.

ABŞ administrasiyası bildirir ki, silahsızlaşdırma prosesi bir neçə mərhələdə həyata keçirilə bilər. Bununla yanaşı, İsrail hökuməti hələlik razılaşmanı rəsmi şəkildə təsdiqləməyib və proseslə bağlı ehtiyatlı mövqe nümayiş etdirir.

Məlumata görə, tərəflər arasında girovların taleyi, təhlükəsizlik zəmanətləri və Qəzzada gələcək idarəetmə modeli ilə bağlı müzakirələr davam edir. Ekspertlər hesab edirlər ki, razılaşmanın icrası tərəflərin atacağı növbəti addımlardan asılı olacaq.

Oğuz