Müctəba Xamenei “çəkinmədən vurun!” əmri verdi
İranın Ali Rəhbəri Müctəba Xamenei orduya istənilən təhdidə qarşı “çəkinmədən vurun!” əmri verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Xameneinin mətbuat xidməti məlumat yayıb.
İran silahlı qüvvələrinin komandanlığı ilə görüşü zamanı Xamenei bildirib ki, rəqib tərəfdən gələn potensial təhdidlərə veriləcək hər hansı cavab sürətli və effektiv olmalı, həmçinin coğrafi sərhədlərlə məhdudlaşmamalıdır.
İranın Ali Rəhbəri həmçinin qeyd edib ki, düşmən yenidən hücumlarına başlasa, müharibənin başa çatma vaxtını və şərtlərini İran ordusu və İran xalqı müəyyənləşdirəcək.
Banu