Braziliya prezidenti Trampı ittiham etdi 

Braziliya prezidenti Luis İnasio Lula da Silva amerikalı həmkarı Donald Trampı “bütün dünyanın imperatoru” istəyinə görə tənqid edib.

Feb 21, 2025 - 12:21
Braziliya prezidenti Trampı ittiham etdi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.

Onun sözlərinə görə, Trampın hərəkətləri onun “dünyanın imperatoru” olmağa çalışdığını göstərir.
 
“O, bütün ölkələrin işlərinə və bütün dövlət siyasətlərinə qarışmağa çalışır”, - deyə Braziliya prezidenti vurğulayıb.

Lula da Silva amerikalı həmkarını digər ölkələrin suverenliyinə hörmət etməyə çağırıb.

Agentlik nəzərə çatdırır ki, Braziliya liderinin şərhi Trampın Ukrayna prezidenti Volodimir Zelenskini tənqid etməsindən, onu “seçkisi diktator” adlandırmasından sonra peyda olub.

Xatirə SADİQ