İran Prezidenti etirazçıların nümayəndələri ilə görüşdü
İran hakimiyyəti ölkədəki etirazların olması faktını qəbul və nümayişçilərlə dialoqa başlayıb.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, prezident Məsud Pezeşkian onlarla şəxsən görüşüb.
"Hökumət etirazları anlayışla qəbul edib və etirazçıların nümayəndələri ilə danışıqlar aparıb", - deyə nazir bildirib. (teleqraf)