“Trampın yerində olsaydım, Ukraynaya hərbi dəstəyi artırardım” – Boris Conson

“Mən yəqin ki, faydalı qazıntılarla bağlı saziş bağlayardım, amma belə yırtıcı şərtlərlə deyil”.

Feb 27, 2025 - 11:31
“Trampın yerində olsaydım, Ukraynaya hərbi dəstəyi artırardım” – Boris Conson

SAVASHMEDİA.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.

Dmitri Qordonun “Prezident Tramp sizin dostunuzdur, siz isə Ukraynanın sadiq dostusunuz. Trampın yerində olsaydınız, ertəsi gün nə edərdiniz?” sualına Boris Conson belə cavab verib:

“Mən Konqresdəki respublikaçılara deyərdim ki, səfehlikdən əl çəksinlər. Mən Taker Karlsona deyərdim ki, qaçaraq ən yaxın gölə girsin. Mən dərhal Ukraynaya hərbi dəstəyi artırardım. Mən yəqin ki, faydalı qazıntılar üzrə saziş bağlayardım, çünki düşünürəm ki, Amerika ictimaiyyətini Ukraynanın azadlığına uzunmüddətli dəstək verməyə cəlb etməliyik ki, bu da özlüyündə əladır. Ola bilsin ki, belə yırtıcı şərtlərlə deyil, amma mən sazişi bağlayardım”.

Boris Conson onu da etiraf edib ki, Trampın Ukrayna ilə bağlı ritorikasını bəyənmir: “Mənə ritorika [Trampın Ukrayna üzrə] xoş deyil. Mən bunun yanlış olduğunu hesab edirəm”. 

Bununla belə, britaniyalı siyasətçi ukraynalıları Vaşinqtonun təkliflərindən yan keçməməyə çağırıb. 

“Ukraynada çox sevdiyim hər kəsdən xahiş edirəm ki, ABŞ-nin təklif etdiyi faktlara baxsınlar. Düşünürəm ki, Amerika ilə hətta Trampın dövründə də real irəliləyiş üçün fürsət var”, - deyə Conson əlavə edib.

Xatirə SADİQ