İstanbuldakı danışıqlarda bu məsələ müzakirə edilməyəcək – “Reuters”
Bu gün ABŞ və Rusiya arasında İstanbulda keçiriləcək danışıqların gündəmində Ukrayna mövzusu olmayacaq.
SAVASHMEDİA.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Aydın olmaq üçün, gündəmdə siyasi və ya təhlükəsizlik məsələsi yoxdur. Ukrayna gündəmə daxil deyil”, - deyə ABŞ Dövlət Departamentinin sözçüsü “Reuters”ə elektron poçtla bildirib.
Onun sözlərinə görə, görüşdə Rusiya və Amerika diplomatik missiyalarının Vaşinqton və Moskvada işinin bərpası müzakirə olunacaq.
Xatirə SADİQ