Trampın yediyini "zəhər etdilər" - Restoranın qarşısında aksiya
ABŞ prezidenti Donald Trampı Vaşinqtonda Ağ Evin yaxınlığındakı dəniz məhsulları restoranının qarşısında gözlənilməz sitiuasiya ilə qarşılaşıb.
SAVASHMEDİA.az "Guardian"a istinadla xəbər verir ki, Tramp limuzindən düşən kimi Fələstini dəstəkləyən etirazçılarla qarşılaşıb.
Onlar Trampı görən kimi Fələstin bayraqlarını qaldıraraq "Azad Vaşinqton! Azad Fələstinə dəstək! Tramp dövrümüzün Hitleridir!" kimi şüarlar səsləndiriblər.
Tramp etirazlara baxmayaraq restorana daxil olub. Şam yeməyində onu vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Ağ Evin Baş Qərargah rəisi Suzi Uayls müşaiyyət ediblər.
Oğuz