Putinlə Xameneinin müşavirinin Kremldə QƏRİBƏ SALAMLAŞMASI - VİDEO
Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, Müctəba Xameneinin müşaviri Möhsün Rezaini qəbul edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Yüksək vəzifəli İran nümayəndəsinin Moskvaya səfəri Rusiya ilə İran arasında regional məsələlər üzrə təmasların davam etdiyi bir vaxta təsadüf edib.
Görüş zamanı müzakirə olunan məsələlərin təfərrüatları hələlik rəsmi şəkildə açıqlanmayıb.
Görüşdə diqqətçəkən məqamlardan biri də Putinlə Rezainin salamlaşma tərzidir. Belə ki, Rezai Putinin əlini sıxmaq əvəzinə barmaqları ilə salamlaşmağa çalışıb. Putin isə Rezaini əlini tam sıxmağa məcbur edib.
Banu
Bu gönderiyi Instagram'da gör