Simonyan bu qadına görə həyat yoldaşından boşandı
Ermənistan parlamentinin rəhbəri Alen Simonyan həyat yoldaşı Mariam Marqaryandan boşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, Simonyan məlumatı Ermənistan mətbuatına təsdiqləyib.
O, mediadan bu şəxsi məsələyə toxunmamağı xahiş edərək, artıq bu mövzuya münasibət bildirmək istəmədiyini bildirib. Simonyan boşanma prosesinin qarşılıqlı razılıq əsasında baş tutduğunu deyib.
Mətbuatın yazdığına görə, parlament sədri hazırda 25 yaşlı model Anelya Qubryanla münasibətdədir.
Səlcuq