Starmer Ərdoğanın hədiyyəsini özünə qaytardı - "Bunu ölkəmə apara bilmərəm"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitində iştirak edən liderlərə iki xüsusi hədiyyə təqdim edib.
SAVASHMEDİA.az xəbər verir ki, hədiyyələrdən biri Ərdoğanın imzası və şəxsi məktubu ilə birlikdə təqdim etdiyi "The Politics of Courage: Erdoğan and the Rise of Türkiye" ("Cəsarət Siyasəti: Ərdoğan və Türkiyənin Yüksəlişi") adlı ingilisdilli bioqrafik kitab olub.
Bundan başqa, Ərdoğan NATO-ya üzv 32 ölkənin liderinin hər birinə adları üzərlərinə həkk edilmiş xüsusi tapança və bir qutu güllə hədiyyə edib. Silahlarla birlikdə onların Türkiyədən çıxarılması üçün xüsusi icazə sənədi də təqdim olunub.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə ölkəsinin qanunlarına görə silahı Britaniyaya apara bilmədiyindən onu Ankarada saxlayıb.
Səlcuq